• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sabirabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu fermerlərin sertifikatlı toxumlara və aqrotexniki qulluq vasitələrinə olan tələbatlarını ödəmək məqsədilə daha bir toxum mağazasını təqdim etdi. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Sabirabadda açılmışdır.

Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin rəsmiləri, Sabirabad, Saatlı, İmişli, Ucar, Kürdəmir rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəsmiləri, Respublika Süni Mayalanma Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər qonaqlar iştirak etdilər.