• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Azercell Telekom" MMC xüsusi iş rejimini tətbiq edir

Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin dövlət və özəl sektora aid qurumların fəaliyyəti üçün xüsusi qaydaların işlənib hazırlanmasına dair qərarına uyğun olaraq, “Azercell Telekom” MMC öz ofis və xidmət mərkəzlərində xüsusi iş rejimini tətbiq edir. 

Bakı və bölgələrdə çalışan müştəri xidmətləri mərkəzləri, “Azercell Eksklüziv” və “Azercell Ekspres” ofisləri, eləcə də “Azercell”in rəsmi diler məntəqələri fəaliyyətini davam etdirərək hər gün 09:00-dan 18:00-dək müştərilərə xidmət göstərəcək. Eyni zamanda, virusdan qorunmaq məqsədilə bütün ofislər qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, ofislərdə mütəmadi dezinfeksiya tədbirləri həyata keçirilir. Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq “Azercell Telekom” abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının movcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:

•Onlayn müştəri xidmətləri https://www.azercell.com/az/;

• “Kabinetim” mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;

• “Azercell”in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri;

• “Azercell Telefon Mərkəzi”:

- Fakturalı xətt abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə

- Fakturasız xətt (SimSim) abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsinə.