• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səfirlik bu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət etdi

Azərbaycanın İndoneziyadakı səfirliyi yeni tip koronavirus (COVlD-19) epidemiyasının sürətlə yayılması ilə bağlı akkreditə olduğu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət etdi.

Səfirliyin akkreditə olduğu ölkələr - İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə “qaynar xətt” (Əlaqə telefonu: +6281295622297; +6281293596611) yaradılmışdır.

Səfirlik vətəndaşlarımızdan koronavirusdan səmərəli şəkildə qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.