• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı Rəqəmsal İpək Yolu qurur

Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin birgə çəkilməsi və istifadəsi üzrə fəaliyyətin təşkilinə dair dövlətlərarası saziş imzalanmışdır. Sazişə əsasən, kabel xəttinin tikintisini Azərbaycan tərəfdən “AzerTelecom” MMC, Türkmənistan tərəfdən isə “Türkməntelekom” Elektrorabitə Şirkətləri icra edirlər.Xətt Xəzər dənizinin dibi ilə Siyəzəndən Türkmənistanın Türkmənbaşı şəhərinə çəkiləcək. Bu, Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunun formalaşmasına səbəb olacaq.