• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran hökuməti Səhiyyə və Tibb qərargahı yaradır

Yeni tip koronavirusun bioloji silah olması ilə bağlı yayılan məlumatlardan sonra İran hökuməti Səhiyyə və Tibb Qərargahı yaradır.

Bu barədə İranın Ali dini lideri Əli Xamenei göstəriş vermişdir.

“Koronavirusun bioloji silah ola biləcəyinə dair dəlilləri nəzərə alaraq, yaradılacaq qərargah problemin qarşısının alınmasında xidmət göstərə bilər. Eyni zamanda, Silahlı Qüvvələrin koronavirusla bağlı bütün işləri qərargah tərəfindən idarə olunacaq”, - dini lider göstərişində bildirdi.