• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri də karantinə alındı

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş Xarici İşlər naziri Əli Əkbər Vilayəti karantinə alındı.

Ə.Ə.Vilayəti səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edərək müayinədən keçmişdir. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilmiş və dərhal karantinə alınmışdır.

Qeyd edək ki, koronavirus artıq İranın bütün vilayətlərinə yayılmışdır. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpurun mətbuata açıqlamasında bildirilir ki, virusa yoluxanların sayı 10 mini ötmüş, ölənlərin sayı isə 400 nəfəri keçmişdir.