• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanı otellərdə toy və şənliklərin keçirilməsini qadağan etdi

Səudiyyə Ərəbistanında otellərdə, mərasim zallarında toyların və digər şənliklərin keçirilməsi qadağan edildi.

 Krallığın Daxili İşlər Nazirliyi bununla əlaqədar məlumat yaymışdır. Qeyd olunur ki, hökumətin qərarı ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Nazirlik bütün vətəndaşları həmin qərara uyğun davranmağa, COVID-19 virusuna qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırır.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə daha 17 nəfərdə koronavirus aşkar edilmişdir. Onlardan altısı yerli sakinlər, on biri isə Misir vətəndaşlarıdır. Ölkədə virusa yoluxanların sayı 62-yə çatmışdır.