• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi regionlarda vətəndaşlarla görüşdü

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev martın 13-də Salyan rayonunda sakinlərlə görüşdü.

Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinlədilər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndirdilər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənildi. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verildi. Müraciətlərə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.