• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Azeri Light”ın bir barreli 32,35 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,69 dollar geriləyərək 32,35 dollar təşkil etmişdir.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olmuşdur.