• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Paytaxtdakı 2462 taksi dezinfeksiya olundu

Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.

Bu çərçivədə gün ərzində 270 min nəfərədək sərnişinin istifadə etdiyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya olunmuşdur. Sərnişinlərin rahatlığı nəzərə alınaraq işlər gecə saatlarında aparılmış, perronlar, gözləmə zalları, sərnişinlərin birbaşa təmasda olduğu qurğu və avadanlıqlar, eyni zamanda, park ərazisi, oturacaqlar dezinfeksiya edilmişdir. Sərnişinlərin, sürücülərin və burada çalışan digər personalın əllərini tez-tez dezinfeksiya edə bilməsi üçün gözləmə zallarında xüsusi məhlullar da qoyulmuşdur.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılmışdır. Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.