• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə hökuməti koronavirusla bağlı mühüm qərarlar qəbul etdi

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Ticarət naziri Ruhsar Pekcan COVID-19 pandemiyası ilə əlaqədar birgə mətbuat konfransı keçirdilər.

Nazirlər xəstəlik təhlükəsinin riski və onun qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı danışdılar.

Diqqətə çatdırıldı ki, ölkə ərazisində virusun daşıyıcılarının olması riski böyükdür. Çünki Türkiyənin yaxın qonşularında, o cümlədən Avropa ölkələrində mövcud olan virus sürətlə yayılmaqdadır. Vurğulandı ki, Türkiyə vətəndaşlarına zərurət olmadıqda xarici ölkələrə, o cümlədən virusun geniş yayıldığı şəhərlərə getməmələri tövsiyə edilir. Eləcə də xaricdən vətənə dönən vətəndaşlar tələb olunan müddətdə karantində qalmalıdırlar.