• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Martın 12-si Ümumdünya Böyrək Günüdür

 Ümumdünya Böyrək Gününün tarixi 2006-cı ilin martından başlamışdır və həmin ayın ikinci cümə axşamı qeyd edilir. Əslində bu, böyrəklərin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Onun tibb təqviminə salınması Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səyləri nəticəsində mümkün olmuşdur.

 Ümumdünya Böyrək Gününün əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin həmin problemə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin həmin günün məqsədləri sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etmək də var.