• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

12 mart - Daxili Qoşunların yaranması günüdür

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür.

Bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparmış və aparmaqdadır. Qürur hissi ilə deyə bilərik ki, bu gün Daxili Qoşunların maddi-texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına tam cavab verir. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Daxili Qoşunların peşə hazırlığının yüksəldilməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsidir.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlanmışdır.