• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Çində koronavirusa yoluxanların sayında azalma müşahidə olunur

Çində koronavirusun yayılması ilə bağlı vəziyyət yaxşılaşmaya doğru aşkar tendensiya nümayiş etdirir: son sutka ərzində xəstəlikdən 1578 nəfər sağalmış, cəmi 24 yoluxma və 22 ölüm halı qeydə alınmışdır.

 Çinin Gigiyena Məsələləri və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə 80,7 min nəfər koronavirusa yoluxmuşdur. Onlardan 61,4 min nəfəri sağalmış, ölənlərin sayı isə 3 min 158 nəfərə çatmışdır. Yenilənmiş məlumatlara görə, Çində virusdan ölüm hallarının nisbəti 3,9 faiz, sağalma hallarının nisbəti 76,1 faizdir.

Çin xaricində ən iri infeksiya ocağına çevrilən İtaliyada isə koronairusla bağlı vəziyyət mürəkkəb olaraq qalır. Burada son sutka ərzində xəstəlikdən 168 nəfər ölmüşdür. Epidemiyanın başladığı dövrdən bu yana 10 mindən çox insan virusa yoluxmuş, mindən artıq insan sağalmış, 631 nəfər həyatını itirmişdir.

Cənubi Koreyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 242 nəfər, ölənlərin sayı 6 nəfər təşkil etmişdir. Ümumilikdə isə ölkədə 7755 yoluxma və 60 ölüm faktı qeydə alınmışdır.