• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İyunun 9-da OPEC Nazirlər Şurasının 179-cu iclası keçiriləcək

İyunun 9-da Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 179-cu iclası keçiriləcək.

İyunun 10-da isə OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 9-cu görüşü təşkil olunacaq.

Qeyd edək ki, martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, “OPEC+” üzrə isə gündəlik 0,5 milyon barrel azaldılması qərarlaşdırılmışdır. Lakin “OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC-in bu təklifi qəbul edilməmişdir. Mövcud razılaşmanın müddəti isə martın 31-də başa çatacaq.