• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Avropadakı Azərbaycan diaspor təşkilatları Vaterlo şəhərinin merinə müraciət etdilər

Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olmuşdur.

 Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhərinin meri Floran Röterə müraciət etdilər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının məktubunda bildirilir ki, 8 mart – Beynəlxalq Qadınlar Günündən bir qədər sonra baş verən bu insident Azərbaycan qadınına şiddət və vandalizm aktı kimi qiymətləndirilir. “Bu, yolverilməzdir və günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlərin görülməsini xahiş edirik”, deyə - müraciətdə qeyd olunur.

Sonda merin bu məsələ ilə bağlı tezliklə cavab verəcəyinə ümid ifadə olundu.