• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə və Rusiya hərbi heyətləri İdlibdə birgə fəaliyyəti müzakirə edirlər

Türkiyə və Rusiya müdafiə nazirlərini təmsil edən hərbi heyətlər Suriyanın İdlib bölgəsində birgə patrul xidmətinin aparılması ilə bağlı müzakirələrə başladılar.

Müzakirələrin ilk mərhələsi Ankarada Türkiyənin Milli Müdafiə nazirliyində keçirimişdir. Tərəflər martın 15-də birgə fəaliyyətə başlamaq üçün hərəkət planını müzakirə edirlər. Bunla bağlı martın 10-da Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında daha bir telefonla danışığı olmuşdu.

Qeyd edək ki, Türkiyə və Rusiyanın birgə zəmanəti əsasında martın 6-da saat 00.01-dən etibarən Suriyanın İdlib bölgəsində atəşkəs elan olunmuşdur. Ötən beş gün ərzində sözügedən münaqişə bölgəsində ciddi insident baş verməmişdir.

Hərbi heyətlərin müzakirəsi davam edir.