• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pakistanda koronavirusa yoluxanların sayı 19 nəfərə çatdı

Pakistanda koronavirusa yoluxanların sayı 19 nəfərə çatdı və onların hamısı xarici ölkələrdən gələn vətəndaşlardır.

Bu haqda jurnalistlərə Pakistan Baş Nazirinin səhiyyə məsələləri üzrə müşaviri Zafar Mirza məlumat verdi. O dedi ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxanların sayı xarici ölkələrdən gələnlərin hesabına iki dəfə artmışdır. Onların hamısı karantinə qoyulmuşdur. Pakistanın özündə bu virusa yoluxanlar hələ ki, yoxdur. Karantində olanlardan bir xəstə sağalmışdır, digəri isə bu günlərdə evə buraxılacaq.

Xatırladırıq ki, koronavirus dünyanın 119 ölkəsinə yayılmışdır. İndiyədək dünyada 120 minə yaxın adam bu virusa yoluxmuş, onların çoxu sağalmış, 4 mindən çoxu isə ölmüşdür.