• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Kapital Bank” yenilənən “Balakən” filialını istifadəyə verdi

Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim olunan “Balakən” filialı Balakən şəhəri, M.Əsədov küçəsi, 26 ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

“Kapital Bank”ın “Balakən” filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pulköçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.