• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

SOCAR yeni strateji inkişaf planı hazırlayır

 SOCAR “Özbəkneftqaz” ASC ilə təcrübə mübadiləsi aparacaq.

 SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Özbəkneftqaz” ASC-nin idarə heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə SOCAR və “Özbəkneftqaz” arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olundu. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edildi, “Özbəkneftqaz” ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirildi.

Həmçinin, SOCAR-ın 2005-ci ildə qəbul etdiyi 10 illik strateji inkişaf planının əhəmiyyəti vurğulandı. Bildirildi ki, hazırda SOCAR və məşvərətçi “McKinsey” şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.