• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dünya Bankı Azərbaycana 100 milyon dollar kredit ayıracaq

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayıracaq.

Bu barədə qurumun Direktorlar Şurasının ötən gün keçirilən iclasında qərar qəbul olundu.

Məlumata görə, kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir. Adıçəkilən layihə ilə bağlı fikirlərini bölüşən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi dedi ki, bu, Azərbaycan üçün əhəmiyyətli layihədir və cəmiyyətin həssas təbəqələrini əhatə edir: “Bu layihə ən çox əmək bazarından kənarda qalanlara kömək etmək, yoxsulluğun azaldılması və daha əhatəli iqtisadi böyümənin təmin edilməsinə yardım göstərəcək”.