• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Rusiya ilə Türkiyə arasında memorandum imzalandı

Rusiya və Türkiyə prezidentləri Suriyada münaqişənin nizama salınmasına dair memorandum imzaladılar.

Martın 5-də Moskvada keçirilən danışıqların yekununa dair iki ölkə arasında imzalanmış memorandumu Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu oxudu. Sənəddə martın 6-na keçən gecə saat 1-dən etibarən İdlibdə atəşin dayandırılması, Suriyada M4 yolundan 6 kilometr Şimala və Cənuba doğru təhlükəsizlik dəhlizinin yaradılması, martın 15-dən etibarən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçilərinin birgə patrul həyata keçirməsi barədə bəndlər əksini tapmışdır.

Bundan əlavə, tərəflər Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq etdilər.