• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə-Rusiya münasibətlərindəki gərginlik Qarabağa təsir edə bilər

Türkiyə və Suriya orduları arasında toqquşma Türkiyə-Rusiya münasibətlərində ciddi gərginlik yaradır. Bu, Qarabağa təsir edə bilər.

Bunu erməni politoloq Yervand Bozoyan demişdir. O, Aprel müharibəsinin də Rusiya-Türkiyə münasibətlərindəki eskalasiyanın nəticəsi olduğunu bildirdi:

“Böyük dövlətlər arasında güclü gərginlik olanda onlar Liviya və Suriyada olduğu kimi bu gərginliyi daha kiçik tərəfdaşları vasitəsilə meydanlara ötürürlər. Əgər Rusiya-Türkiyə gərginliyi güclənsə, prosesin Qarabağa ötürüləcəyi ilə bağlı böyük təhlükə mövcuddur”.