• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Putin Ərdoğanla razılaşmasa, ciddi itki verəcək - Strelkov

Rusiya və Türkiyə liderləri arasında görüşün ciddi nəticələri olacaq.

Bunu qondarma Donetsk Xalq Respublikasının keçmiş “müdafiə naziri” İqor Strelkov dedi.

“Türkiyə və Rusiya arasında Suriyadakı birbaşa savaşa yarım addım qalır. Əgər liderlər arasında razılıq olmasa, hərbi toqquşma qaçılmazdır”, – deyə o bildirdi.

Strelkov Türkiyə ilə savaşa gediləcəyi təqdirdə Rusiyanın ağır itkilər verəcəyini söylədi.