• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Parlament seçkilərinin yekun nəticələrinə baxılır

Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

Iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxıldı.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan etdikdən sonra məhkəmə heyəti və katib təqdim edildi.

İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verdi.

Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze məruzə ilə çıxış edərək işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər barədə iclasda iştirak edənləri məlumatlandırdı.