• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İlham Əliyev Tovuzdakı yeniliklərlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfər etdi.

Dövlət başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verdi.

Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak etdi.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi, muzeylə tanış oldu.

Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin də açılışı oldu.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi, muzeydə yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında da  iştirak etdi.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına məlumat verdilər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış oldu.

Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak etdi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.