• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib böhranı ilə bağlı məsələləri müzakirə edəcəklər

Rusiya və Türkiyə prezidentləri martın 5-də keçiriləcək görüşdə İdlib böhranı və onun aradan qaldırılmasına dair tədbirləri müzakirə edəcəklər.

 Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verdi.

D.Peskov əlavə etdi ki, dövlət başçıları böhranın yaranma səbəblərinə və onun mümkün ağır nəticələrinə, böhranın aradan qaldırılması yollarına dair məsələlər ətrafında müzakirələr aparacaqlar.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin martın 5-də Moskvada görüşəcəklər.