• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metrostansiyası qarşısında heykəli ucaldılacaq

Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısında heykəli ucalacaq.

Heykəlin gil variantı üzərində son tamamlama işləri gedir. Heykəlin hər bir detalı üzərində incəliklə işlənildiyi elə ilk baxışdan diqqəti özünə cəlb edir. Gərgin əmək, yuxusuz gecələr hesabına ərsəyə gələn başında buxara papaq, əynində ənənəvi libas, bir əlində təsbeh, bir əlində əsa, sinəsi orden-medallı məşhur xeyriyyəçi-mesenatın əzəmətli görkəmi xoş təsir bağışlayır.

Uzun illər dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışan rəssam Xanlar Əhmədovun heykəl üzərində işlədiyi iki aydan çoxdur. Bəzən gecə yarısına, bəzən də sübhə qədər tişəni əlindən yerə qoymur.

Onun verdiyi məlumata görə, heykəl tuncdan töküləcək, alt hissəsi qırmızı qranitdən təşkil ediləcək, hündürlüyü isə iki metr yarım olacaq.