• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda uran ehtiyatı ötən illə müqayisədə üç dəfə artmışdır

İran nüvə anlaşmasından (Hərtərəfli Birgə Fəaliyyət Planı) tədricən çıxması ilə bağlı tempi artırmış və bu ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının həcmi 1020 kiloqrama çatmışdır.

Bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) verir. Almaniyanın dpa agentliyinin əldə etdiyi məlumata əsasən, İranda uran ehtiyatı ötən ilin BAEA-nın hesabatı ilə müqayisədə üç dəfə artmışdır.

Bundan başqa, Tehran BAEA müfəttişlərinin iki nüvə məntəqəsində yoxlama aparmasına icazə verməmişdir. BAEA rəhbəri Rafael Qrossi İranı nüvə agentliyi ilə əməkdaşlığı tam şəkildə bərpa etməyə çağırdı.