• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilir

Martın 4-də Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilir.

 Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev ölkələrimiz arasında əlaqələrin inkişafından danışdı. Bildirdi ki, biznes forumun məqsədi Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsidir.

Diqqətə çatdırıldı ki, ötən il Azərbaycan ilə Rostov vilayəti arasında ticarət dövriyyəsi 61 milyon dollar təşkil etmişdir. Rostov vilayəti Azərbaycana maşınqayırma və kimya məhsulları tədarük edir.

Biznes forumda Azərbaycan və Rostov vilayətinin müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edir.