• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qətər Azərbaycanın ixrac potensialından yararlanmağa çalışır

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Qətər Əmirliyində işgüzar səfərdədir. Missiya çərçivəsində nümayəndə heyəti Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Kənd Təsərrüfatı və Balıqçılıq İşləri nazirinin müavini Şeyx Falih Bin Naser Əl Tani və “Al Meera Group” şirkətinin baş icraçı direktoru Yusif Əli Əl Obaydan ilə görüşdü. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov da iştirak etmişdir.

Görüşlərdə aqrar sahədə iki ölkənin birgə əməkdaşlığı nəticəsində görülən işlər, Azərbaycan və Qətər arasında kənd təsərrüfatı sahəsində münasibətlər, yerli istehsal olan kənd təsərrüfatı və qida məhsullarının ixracı istiqamətində müzakirələr aparılmış, qətərli nümayəndələrə Azərbaycanın ixrac potensialı barədə ətraflı məlumat verilmişdir.