• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə üçün İrana yardım göndərdi

Dünya Səhiyyə Təşkilatı (DST) COVID-19 koronavirusuna qarşı mübarizədə dəstək məqsədilə İrana ilk yardım təyyarəsini göndərdi.

Martın 2-də Dubaydan yola düşən təyyarə altı mütəxəssis və tibbi ləvazimatları İrana çatdırmışdır. Ümumilikdə 7,5 tonluq tibbi ləvazimatlar əsasən əlcək, maska və nəfəsalma aparatlarından ibarətdir. Tibbi ləvazimatların ümumi dəyəri 300 min ABŞ dollarına bərabərdir.

DST-nin təmsilçisi Robert Blanşard bildirir ki, tibb mütəxəssisləri İranın səhiyyə qurumlarını pasiyentlərin müayinə edilməsində və diaqnozun qoyulmasında, eləcə də koronavirusa qarşı effektiv mübarizə aparılmasında dəstəkləyəcək.