• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Prezident Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqı götürdüyü öhdəlikləri yerinə yetirmir

Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisov Türkiyə Respublikasına səfər etmişdir.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonaqla Ankarada görüşdü.

Rəcəb Tayyib Ərdoğan və Boyko Borisov Prezident Administrasiyasında birgə mətbuat konfransı keçirdilər.

Tərəflər regional proseslərə, ikitərəfli münasibətlərin inkişafına, eləcə də gündəlikdə duran digər məsələlərə dair mövqelərini bildirdilər. Mehriban qonşuluq siyasətinin qorunmasının vacibliyi vurğulandı.

Avropa İttifaqını siyasi razılaşmaları pozmaqda ittiham edən Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, Türkiyə bu vaxtadək ümumilikdə 4 milyondan çox qaçqına ev sahibliyi etmiş və onların problemlərinə 40 milyard ABŞ dolları vəsait xərcləmişdir. Avropa İttifaqı isə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.