• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Təlim və tədris müəssisələrində dezinfeksiyaedici tədbirlər davam edir

Martın 3-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi prosesini izləmək üçün 54 nömrəli məktəbdə mediatur təşkil etmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılır. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanan müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.