• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

BMT koronavirusa qarşı mübarizəyə 15 milyon dollar ayırdı

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok koronavirusun yayılmasına qarşı mübarizəyə fövqəladə yardım fondundan 15 milyon dollar ayrılmasına razılıq verdi.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə söyləmişdir.

Bildirilir ki, bu vəsait Dünya Səhiyyə Təşkilatına və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün verilir.