• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı Metropolitenində dezinfeksiya işləri davam edir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər - dezinfeksiya işləri fevral ayının 21-dən etibarən bütün metropoliten obyektlərində və qatarlarda aparılmaqdadır. Müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, Bakı Metropoliteninin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən "Nərimanov" elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilmiş, ikinci dövrə üzrə dezinfeksiya işlərinə başlanılmışdır. Dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir.