• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanada informasiya bülleteni hazırlandı

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş (MKS) Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlanmışdır.

İnformasiya bülletenində görkəmli sərkərdənin döyüş yolu, təltifləri, ona həsr olunmuş şeirlər, fotoqalereya və digər məlumatlar toplanmışdır.

İnformasiya bülleteni MKS-in veb-saytında yerləşdirilmişdir.