• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir

Koronavirus (Covıd-19) epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində (BNA) qərargah yaradıldı.

Bununla yanaşı, agentliyin (012) 404-79-95 nömrəli "qaynar xətt"i fəaliyyətə başlamışdır.

Eyni zamanda, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtda müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir.

Son bir neçə gündə 1500-dək avtobusda dezinfeksiya işləri aparılmış, dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilmiş və müvafiq tapşırıqlar verilmişdir.