• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda “Kibertəhlükəsizlik konfransı” keçirilir

Martın 2-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə ikinci Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” öz işinə başladı. Tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə keçirilir.