• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Keçirilən birgə təlimlər dəniz qüvvələrinin döyüş hazırlığını artırır

İranın Hərbi Dəniz Qüvvələri Azərbaycan ilə birgə hərbi təlim keçirməkdə maraqlıdır və buna hazırdır.

Bu sözləri İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadə deyir. O bildirir ki, hər iki dövlətin birgə təlimləri dəniz qüvvələrinin döyüş hazırlığını artırar. Admiral qeyd edir ki, Xəzər dənizinin təhlükəsizliyi hər iki dövlətin maraqlarına cavab verir. İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Bu əlaqələr səmimi dostluq və qardaşlıq xarakteri daşıyır. İqtisadi, siyasi, mədəniyyət, idman və digər sahələrlə yanaşı, hərbi dəniz qüvvələri arasında da yaxın əməkdaşlıq əlaqələri mövcuddur.