• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı

Rusiya ölkə əhalisinin təhlükəsizliyi və koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İran vətəndaşlarının sərhəddən keçməsini müvəqqəti olaraq qadağan etdi.

“28 fevral 2020-ci il saat 00:00-dan etibarən Federal Təhlükəsizlik Xidməti Rusiyaya təhsil, əmək fəaliyyəti, eləcə də şəxsi, turizm və tranzit məqsədilə gələn İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyası sərhədindən buraxılışını müvəqqəti olaraq dayandırır”.