• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranın xanım vitse-prezidenti koronavirusa yoluxdu

İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikar da koronavirusa yoluxdu.

Özündə narahatlıq və hərarət hiss edən xanım Ebtikar həkimə müraciət etmiş, ondan götürülmüş qan analizinin nəticələrinə görə, vitse-prezidentin bu virusa yoluxduğu aşkar edilmişdir. Dərhal karantinə alınan xanım vitse-prezidentin müalicəsinə başlanılmışdır.

Bundan başqa, İranda 1 nazir müavini, 2 deputat və 1 bələdiyyə sədri virusa yoluxmuşdur. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi isə virusa yoluxaraq həyatını itirmişdir.

Rəsmi məlumata görə, İranda 26 nəfər virus səbəbindən dünyasını dəyişmişdir. Virusa yoluxanların sayı isə 300 nəfərə yaxındır.