• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

AQTA laboratoriyaları koronovirusla bağlı gücləndirilmiş rejimdə çalışır

Dünya ölkələrində koronavirus xəstəliyinin sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejimində çalışır. İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya olmaqla, 19 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.