• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək

 

Kapital xərcləri 4,5 milyard avro olan TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi yekunlaşdı. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Payızda Azərbaycan təbii qazı Avropaya nəql ediləcək

Azərbaycan Prezidenti kompleks boru kəmərləri zənciri olan Cənub Qaz Dəhlizinin inkişafını daim diqqətdə saxlayır, hər il Bakıda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası təşkil edilir. Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək və toplantıda 13 ölkənin iştirakı təsdiqlənmişdir. İclasda layihə üzrə iştirakçı ölkələrin müvafiq sahə üzrə nazirləri, bu layihədə iştirakda maraqlı olan dövlətlərin təmsilçiləri, BP, SGC, “Botaş”, TPAO, TANAP, TAP, “Snam”, Fluxys, “ICGB AD”, “Transgaz”, “SNGN Romgaz SA”, “Uniper Global”, “Bulgargaz EAD”, “SACE”, “Plinacro” şirkətlərinin və Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının üzvləri iştirak edəcək.