• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanı Ümrə ziyarətini müvəqqəti olaraq dayandırdı

Səudiyyə Ərəbistanı koronavirus xəstəliyinin yayıldığı ölkələrin vətəndaşlarının Ümrə və Peyğəmbərin Mədinədəki məscidini ziyarətini müvəqqəti olaraq dayandırdı.

 Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bunun üçün Krallığın rəhbərliyinə müraciət etmişdir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yayılmış məlumatda bildirilir ki, hökumət bu addımı ölkə ərazisində təhlükəli virusun yayılmasının qarşısını almaq məqsədilə atır. Eyni zamanda, Yaxın Şərq regionunda da COVID-19 virusuna yoluxanların sayının artması nəticəsində Krallığın ərazisində, xüsusən aeroportlarda nəzarət tədbirləri gücləndirilmişdir. Küveyt, Bəhreyn, Oman, Livan, İraq və Birləşmiş Ərəb Əmirliklərində İrandan gələnlər arasında xəstəliyə yoluxanlar aşkar edilmişdir.