• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ABŞ jurnalı koronovirusun İrana gətirdiyi problemlərdən yazır

ABŞ-da nəşr olunan həftəlik “Newsweek” jurnalı İran-ABŞ münasibəti, daha doğrusu münasibətsizliyi haqqında maraqlı məqalə dərc etmişdir.

Jurnal İran ətrafında yaranan gərgin vəziyyətə, ölkədəki iqtisadi çətinliyə və bunlar azmış kimi yeni koronovirusun gətirdiyi problemlərə toxunur. Qeyd olunur ki, İran sərhədi aşaraq ölkəyə daxil olan koronavirusla ciddi-cəhtlə mübarizə aparır. Lakin ABŞ-n tətbiq etdiyi iqtisadi sanksiyalar İranın işinə böyük manelər yaradır və virusa qarşı mübarizəni sona çatdırmağa imkan vermir. Sanksiyalar İran vətəndaşlarını virus barəsində məlumat almaq, ondan necə qorunmaq kimi məsələlərdən məlumatsız saxlayır.

Jurnal yazır ki, sanksiyalara baxmayaraq, İran tibbi ləvazimat və dərmana, eləcədə digər farmaseftik məmulatlara olan tələbatının 97 faizini daxili imkanları hesabına ödəyir. Həttda regionun bir sıra ölkələrinə dərman ixrac edir.

Məqalədə bildirilir ki, korona virus Çinin 30 vilayəti ilə yanaşı dünyanın, ABŞ-da daxil olmaqla 38 ölkəsinə də yayılmışdır.