• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi

Fevralın 26-da ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi.

Tədbirə ABŞ Konqresinin Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü, Alabamanı təmsil edən konqresmen Robert Aderholt, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun respublikaçı həmsədri, Xarici Məsələlər və Hüquq Komitələrinin üzvü, konqresmen Stiv Şəbot, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyar, Arizona ştatını təmsil edən və Nümayəndələr Palatasının Nəzarət və İslahatlar, Təbii Sərvətlər Komitələrinin üzvü olan respublikaçı Pol Qosar, habelə Konqresin çoxsaylı peşəkar heyət üzvləri, Türkiyənin ABŞ-dakı səfirliyinin diplomatik və hərbi nümayəndəliyinin heyəti, bu ölkədəki Azərbaycan icmasının çoxsaylı üzvlər və xüsusi qonaq qismində Azərbaycan əsilli ABŞ vətəndaşı, Cəbrayıldan köçkün düşmüş və müharibədə gözdən əlil olmuş Nicat Əşrəfzadə qatılmışdılar.