• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirildi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirildi.

Nazir İ.Kərimov qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verdi. Nazir 2019-cu ildə Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” Qanunun qəbul olunduğunu, Nazirlər Kabinetinin Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqlədiyini qeyd etdi.