• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Xocalı harayı" adlı tədbir təşkil olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir təşkil olundu.

Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Xocalı faciəsinə həsr olunmuş slayd göstərildi.

Çıxış edən natiqlər qeyd etdilər ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir.

Tədbir zamanı Xətai rayon 64 nömrəli tam orta məktəbin şagirdləri və BDU-nin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.