• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Nəqliyyat könüllüləri" nin iştirakı ilə məlumatlandırma aksiyası keçirildi

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində “Nəqliyyat könüllüləri”nin iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirildi.

Mərkəzin gözləmə zallarındakı kitab rəflərinə bukletlər düzüldü. Eyni zamanda, mərkəzdən istifadə edən sərnişinlərə Xocalı soyqırımı və bu hadisələr zamanı erməni faşistləri tərəfindən dinc sakinlərin amansız işgəncələrlə qətlə yetirilməsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu bukletlər paylanıldı.